Viorel Hizo: “Neftçi” klubunun əsas üstünlüklərindən biri Anatoli Demyanenko kimi çalışdırıcısının olmasıdır”
15.07.2008 - 11:49
Bir illik fasilədən sonra bu posta yenidən təyin olunan Viorel Hizo İntertoto kubokunun üçüncü mərhələsində qarşılaşacaqları “Neftçi” komandasından ehtiyatlandığını etiraf edib: “Avrokuboklarda qazanılan təcrübə ilə yanaşı, daha bir amili nəzərdən qaçırmamalıyıq. Azərbaycan təmsilçisi artıq neçə illərdir öz meydanında məğlub olmur. Komandanın baş məşqçi postunda isə Kiyevin “Dinamo” klubunu çalışdırmış Anatoli Demyanenko kimi bir mütəxəssis var. Belə çalışdırıcı avrokuboklarda oyunu necə qurmaq lazım olduğunu çox gözəl bilir. “Neftçi”nin futbolçuları meydanın istənilən nöqtəsində topla necə rəftar etməyi bilir. Bu səbəbdən rəqiblə oyunlara ciddi yanaşmalıyıq. Təbii ki, UEFA kubokuna çıxmaq istəyiriksə”.
Qeyd edək ki, V.Hizo ötən ay “Vaslui”nin baş məşqçi postunda Emil Sandoini əvəzləyib.
Qeyd edək ki, V.Hizo ötən ay “Vaslui”nin baş məşqçi postunda Emil Sandoini əvəzləyib.
- “Mançester Yunayted”dən yeni rekord
- Hacıosmanoğlu “Qalatasaray” – “Samsunspor” oyunundakı epizod barədə: "Qəbul edirəm"
- TFF prezidentindən derbi açıqlaması: "Etiraz etməli olan tərəf "Fənərbaxça"dır"
- “Fənərbaxça” və “Samsunspor”un Avropa oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
0
0