“Diyarbəkirspor” İlqar Qurbanovu transfer etmək istəyir
15.07.2008 - 12:13
“Diyarbəkirspor” İlqar Qurbanovu transfer etmək istəyir
Maliyyə problemlərinin olmasına baxmayaraq, transfer çalışmalarını davam etdirən Diyarbəkir təmsilçisi “Sivasspor”un 4 futbolçusu ilə görüşüb. Bu haqda məlumat verən komanda prezidenti Adnan Öktürən Mahmut Hanifi Ərdoğdu, Aytac Ak, Ömər Kaplan və İlqar Qurbanovla maraqlandıqlarını söyləyib: “Bu futbolçuları heyətimizdə görmək istəyirik. Transfer çalışmalarımız davam edir və bu yöndə “Sivasspor”un prezidenti Məcnun Odyakmazla görüşüm olub. Yardım istədiyimiz bu şəxs bizə hər məsələdə kömək edəcəyini söylədi. “Sivasspor”un 4 futbolçusu ilə anlaşmanın yollarını axtarırıq”.
Sivaslılarla iki illik müqaviləsi olan İ.Qurbanov İntertoto kubokunda Çernoqoriyanın “Qrbalj” klubu ilə yalnız cavab görüşündə 4 dəqiqə meydanda olub. Daha çox ehtiyatda qaldığı üçün klubunu dəyişmək istəyən futbolçu bununla bağlı baş məşqçi Bülənt Uyğunla söhbətləşib. Artıq bu həftə “Diyarbəkirspor”a keçəcəyi gözlənilən İ.Qurbanovun İntertoto kubokunun üçüncü mərhələsində Portuqaliyanın “Braqa” klubu ilə görüş öncəsi “Sivasspor”dan gedişi rəsmiləşəcək.
Qeyd edək ki, “Diyarbəkirspor” 2007/08 mövsümündə birinci liqada 5-ci yeri tutub.
0