Özbəkistanın “Kuruvçi” klubu Samuel Eto′Oya dəvət göndərib
15.07.2008 - 13:00
Özbəkistanın “Kuruvçi” klubu Samuel Eto′Oya dəvət göndərib
Bakı - APA-Sport. Özbəkistanın “Kuruvçi” klubunun rəhbərliyi mövsümlərarası fasilənin ən səs-küylü transferini reallaşdırmaq niyyətindədir. “APA-Sport” agentliyinin məlumatına görə, mərkəzi asiyalılar ötən ay “Barselona” klubunun transferə çıxardığı Samuel Eto′Onu heyətə cəlb etmək istəyirlər. “Kuruvçi” rəsmiləri kamerunlu futbolçuya görə “Barselona”ya 40 milyon avro təklif ediblər. Hətta Özbəkistan Futbol Federasiyasının rəsmi İnternet saytında 27 yaşlı hücumçunun Daşkəndə gələcəyi yazılıb. Bildirilir ki, Samuel Eto′O səfər üçün lazımi sənədləri təqdim edib və onun şəxsi təyyarəsi iyulun 17-də Özbəkistan paytaxtına enəcək. Ancaq hazırda ABŞ-da istirahətdə olan futbolçu yayılan xəbərləri təkzib edib: “Mətbuatda belə şayiələrin yayılmasının əsas səbəb jurnalistlərin xəbərləri ilkin mənbədən ala bilməmələridir”.
0