“Qarabağ” daha bir makedoniyalını baxışa çağırıb
15.07.2008 - 13:59
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Ağdamın “Qarabağ” klubu daha iki əcnəbi oyunçunu heyətinə cəlb edir. “APA-Sport” agentliyinin məlumatına görə, Makedoniya və Fransadan olan iki futbolçu bu gün Türkiyədə təlim-məşq toplanışında olan Rasim Karanın komandasına qoşulacaq. Makedoniyalı Şirum Arslani sol cinah yarımmüdafiəçisidir. 28 yaşlı futbolçunun boyu 185 sm-dir. Əvvəllər Makedoniyanın aşağı yaş qruplarından olan yığmalarda çıxış edən Ş.Arslani ilə yanaşı, komandanın hazırlığına qoşulacaq Kərim adlı futbolçu əslən əlcəzairlidir. Fransa vətəndaşlığını daşıyan hücumçunun da 28 yaşı var. Bu iki futbolçu, həmçinin “Qarabağ”ın düşərgəsində olan legionerlər Türkiyənin “Kayserispor” klubu ilə yoxlama oyununda sınanacaq.
Qeyd edək ki, klub rəhbərliyi makedoniyalı Zekeriyye Ramazani ilə müqavilə bağlamaq fikrindədir.
Qeyd edək ki, klub rəhbərliyi makedoniyalı Zekeriyye Ramazani ilə müqavilə bağlamaq fikrindədir.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0