Azərbaycan milli komandası Almaniyanın “Münhen-1860” klubu ilə qarşılaşacaq
15.07.2008 - 15:12
Azərbaycan milli komandası Almaniyanın “Münhen-1860” klubu ilə qarşılaşacaq
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması (U-17) yoldaşlıq görüşü keçirəcək. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, hazırda Almaniyanın Münhen şəhərində təlim-məşq toplanışı keçən yeniyetmə futbolçularımızın rəqibi yerli komanda olacaq. Belə ki, Bernard Lippertin yetirmələri “Münhen-1860” klubundan olan həmyaşıdlarını sınağa çəkəcəklər. Matç bu gün Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. U-17 Almaniyadakı hazırlıq prosesini həftəsonu yekunlaşdıraraq, vətənə dönəcək.
Qeyd edək ki, milli komandamız iyulun 11-də Avstriyanın Vels şəhərində təşkil edilən “Yuxarı Avstriya kuboku” uğrunda yarışın qalibi olduqdan sonra Münxenə təlim-məşq toplanışına yollanıb. Həm Avstriya, həm də Almaniyaya səfər U-17 üçün Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyır.
0