Ruslan Poladov bir ay oynamayacaq
15.07.2008 - 16:26
Ruslan Poladov bir ay oynamayacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran”ın müdafiəçisi Ruslan Poladov bir ay oynamayacaq. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən komandanın həkimi Boris Xetaqurovun sözlərinə görə, 29 yaşlı futbolçunun adı UEFA-ya göndərilən iştirak ərizəsində olsa, Polşanın “Lex” klubu ilə hər iki görüşdə iştirak etməyəcək: Poladovun əzələ dartması ilə bağlı ciddi problemi var. Avstriyadakı hazırlıq prosesində olduğumuz zamanı onu Münhendə klinikaya müayinəyə aparmışdım. Almaniyalı həmkarlarımız elə bizim qoyduğumuz diaqnozu təsdiqlədi. Belə zədələrin tam sağalması 3-6 ay davam edir”. B.Xetaqurov Avstriyada xəstəxanaya düşən Emin Quliyevlə Füzuli Məmmədovun hazırda vəziyyətinin qənaətbəxş olduğunu söyləyib: “Onları bir müddət məşqlərdən azad etdik. Artıq hər iki futbolçu komandamızın hazırlığında iştirak edir”.
0