Vəli Qasımov “Neftçi” klubunun idman direktoru təyin edilib
15.07.2008 - 18:06
Vəli Qasımov “Neftçi” klubunun idman direktoru təyin edilib
Bu haqda “APA-Sport” agentliyinə “Neftçi” klubunun ukraynalı baş məşqçisi Anatoli Demyanenko məlumat verib: “Vəlini SSRİ çempionatında “Neftçi”yə qarşı oyunlardan xatırlayıram. Sonradan Rusiya və İspaniyada çıxış edən Qasımovun təcrübəsi böyükdür. İndi komandamızda uşaq futbol məktəbinin inkişafında köməyini göstərməyə hazırdır. Biz də onun təcrübəsindən yararlanmaq fikrindəyik”.
V.Qasımov “Neftçi”nin aşağı yaş qruplarından ibarət komandaları, klubun infrastrukturu və əsas komandanın seleksiya işləri ilə məşğul olacaq.
0