Azərbaycan futbol yığması Almaniyanın “Münhen-1860” klubuna uduzub
16.07.2008 - 11:03
Azərbaycan futbol yığması Almaniyanın “Münhen-1860” klubuna uduzub
Bakı. Aqşin Əliyev - APA-Sport. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Almaniyanın Münhen şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq matçında qüvvəsini sınayıb. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, yığmamız yerli “Münhen-1860” klubu ilə qarşılaşıb. Bernard Lippertin yetirmələri bu görüşdə məğlubiyyətlə üzləşiblər - 1:2. Hazırlıq prosesini davam etdirən milli komandamız Vətənə həftə sonu dönəcək.
Qeyd edək ki, Almaniyada təşkil olunan təlim-məşq toplanış U-17 üçün payızda keçiriləcək Avropa çempionatının ilkin seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyır.
0