“Gənclərbirliyi” klubunun sabiq baş məşqçisi Qazaxıstanda çalışacaq
16.07.2008 - 11:17
Bakı. Mehman Süleymanov - APA-Sport. Sumqayıtın “Gənclərbirliyi” klubunun sabiq baş məşqçisi İliye Karp Qazaxıstanda çalışacaq. “APA-Sport” agentliyinin məlumatına görə, moldovalı mütəxəssis bu ölkənin “Jetısu” komandasına baş məşqçi təyin edilib. O, bu postda ötən ayın sonunda istefa verən Eduard Qlazunovu əvəzləyib.
İ.Karp ötən il sumqayıtlıları güclülər dəstəsində saxladıqdan sonra vətəninə qayıdaraq, Moldovanın olimpiya yığmasının sükanı arxasına keçib. Qarşılıqlı razılaşmaya əsasən, moldovalı mütəxəssis sentyabrın ilk on günlüyünədək iki postda çalışacaq. Moldovanın olimpiya yığması iki rəsmi oyunla cari Avropa çempionatının seçmə mərhələni başa vuracaq.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0