Ronaldinyo “Milan”da 11 nömrəli futbolkada oynayacaq
16.07.2008 - 14:57
Bakı - APA-Sport. Məşhur braziliyalı futbolçu Ronaldinyo yeni klubu “Milan”da 11 nömrəli formanı daşıyacaq. “APA-Sport” agentliyinin məlumatına görə, “Barselona”nın sabiq yarımmüdafiəçisi italiyalılarla münasibətləri rəsmiləşdirmək üçün bu gün Milana təşrif buyurub. Onunla 3 illik müqavilə bağlanılacaq. Öncə Ronaldinyo “Milan”da 10 nömrəli futbolkanı geyinmək istəyib. Lakin hazırda komandada 10 nömrə altında oynayan hollandiyalı Klarens Zeedorf braziliyalıya güzəştə getməyib. Artıq Ronaldinyo “Milan”a keçidinə də münasibət bildirib. 28 yaşlı futbolçu vurğulayıb ki, yeni klubunda böyük uğurlar qazanmaq niyyətindədir: “Nəhayət, “Milan”ın oyunçusu oldum. Kimisə gözləməyə məcbur etmişəmsə, buna görə üzr istəyirəm. Daha “Barselona” haqqında danışmaq fikrində deyiləm. İndi karyeramda yeni uğurlu səhifənin yazılmasını arzulayıram”.
- İbrahim Piriyev əməliyyat olunub
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
0
0