Əsgər Abdullayevin üçüncü, “Olimpik”in birinci cəhdi
16.07.2008 - 15:25
Əsgər Abdullayevin üçüncü, “Olimpik”in birinci cəhdi
Növbəti mərhələyə yüksəlmək şansı daha az dəyərləndirilən “Olimpik” tarixində ilk dəfədir avrokuboklara qatılır. Amma komandanın baş məşqçisi Əsgər Abdullayev indiyədək iki dəfə UEFA kubokunun həyəcanını yaşasa da, hər ikisində uğursuzluqdan qaça bilməyib. O, 2001-ci ildə “Şəfa”nın sükanı arxasında Sloveniyanın “Olimpiya” klubuna səfərdə 0:4, Bakıda 0:3 hesabı ilə uduzub. Bundan dörd il sonra Ə.Abdullayevin rəhbərlik etdiyi “Bakı” Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiyanın “Jilina” komandasına qalib gəlsə (1:0) də, rəqib meydanında məğlubiyyətdən qaça bilməmişdi - 1:3.
“Olimpik” klubundan fərqli, “Xəzər-Lənkəran” artıq üçüncü dəfə avrokuboklarda çıxış edəcək. 2005-ci ildə UEFA kubokunda, ötən il isə Çempionlar Liqasında ölkəmizin şərəfini qoruyan lənkəranlılar hər iki halda mərhələ adlamayıb. Özü də “Xəzər-Lənkəran” keçirdiyi dörd görüşün heç birində qələbə qazana bilməyib. Bu matçlarda meydanı qolsuz tərk etməyən “Xəzər-Lənkəran” hər görüşdə bir top vurmağa müvəffəq olub. Qeyd edək ki, Lənkəran təmsilçisi həm Moldovanın “Nistru”, həm də Xorvatiyanın “Dinamo” klubu ilə səfər matçında eyni hesabla (1:3) uduzub.

UEFA kubokunun birinci təsnifat mərhələsi, ilk oyunlar

17 iyul

“Xəzər-Lənkəran” (Azərbaycan) – “Lex” (Polşa)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00
Baş hakim: Kelum Mürrey

“Voyvodina” (Serbiya) - “Olimpik” (Azərbaycan)
Novi Sad. “Voyvodina” stadionu. Saat 21:00
Baş hakim: Mark Uitbi
0