“Simurq” Gürcüstanın vitse-çempionu ilə heç-heçə oynayıb
16.07.2008 - 16:40
“Simurq” Gürcüstanın vitse-çempionu ilə heç-heçə oynayıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Gürcüstanda təlim-məşq toplanışı keçirən Zaqatalanın “Simurq” klubu UEFA kubokunun iştirakçısı olan “VİT-Corciya” ilə heç-heçə edib. “APA-Sport” agentliyinin məlumatına görə, ötən mövsüm Gürcüstan çempionatında ikinci yeri tutan Tiflis təmsilçisi avrokubokların ilk oyun ərəfəsində zaqatalalılarla qüvvəsini sınamağa qərar verib. Yarım il əvvəl Gürcüstanda bu komandaya 1:3 hesabı ilə uduzan “Simurq” bu dəfə heç-heçəylə kifayətlənib – 1:1.
0