Oleq Şişkin: “İnter” özünü yandırdı”
16.07.2008 - 17:44
Oleq Şişkin: “İnter” özünü yandırdı”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Komandamız “Rabotniçki” ilə görüşdə özünü yandırdı”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun yeni transferi Oleq Şişkin deyib. Makedoniyanın “Rabotniçki” komandasıyla Çempionlar Liqası oyununda “İnter”in heyətində debüt edən moldovalı yarımmüdafiəçinin sözlərinə görə, qələbə qazanmaq üçün alışıb-yanmaları öz mənfi təsirini göstərib: “Yaxşı imkanlarımız olduğu halda, bundan istifadə edə bilmədik. “Rabotniçki” isə mütəşəkkil, intizamlı oyuna üstünlük verən komanda kimi özünü göstərdi. Öz oyunuma gəlincə, daha yaxşı çıxış edə bilərdim”.
Qeyd edək ki, “Rabotniçki” ilə qolsuz heç-heçə ilə nəticələn oyunun ikinci hissəsində Mahmud Qurbanovu əvəzləyən O.Şişkin “İnter”in avrokuboklarda ilk sarı vərəqə alan futbolçusu kimi tarixə düşüb.
0