Bartoş Bosatski: “Xəzər-Lənkəran”la oyunun heç-heçə bitməsi yaxşı olardı”
16.07.2008 - 17:45
Bartoş Bosatski: “Xəzər-Lənkəran”la oyunun heç-heçə bitməsi yaxşı olardı”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran”la oyunun heç-heçə bitməsi yaxşı olardı”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun müdafiəçisi Bartoş Bosatski deyib. Polşa milli komandasının sabiq üzvü, ölkə çempionatlarında 300-ə yaxın oyun keçirən futbolçu UEFA kubokunun “Xəzər-Lənkəran”la matçında təmsilçimizi şanslı sayır. 33 yaşlı B.Bosatski müdafiənin mərkəzində onunla tandem təşkil edəcək Manuel Arboledanın yeni transfer olunmasından narahatdır: “Matça yüksək əhval ruhiyyədə hazırlaşırıq. Rəqib öz meydanında daha şanslıdır. Biz isə ikinci oyunda bizə çətinlik yaratmayacaq nəticə istəyirik. Manuel Arboleda ilə əvvəllər birgə çıxış etmədiyimizdən anlaşma ilə bağlı problem yarana bilər. Bunun aradan qaldırılması üçün müəyyən zaman lazımdır. Ümid edirəm ki, Bakıdakı matçda bunun acısını çəkməyəcəyik”.
Qeyd edək ki, B.Bosatski 2005-ci ildən “Lex”in heyətində çıxış edir.
0