Frantişek Jmuda: “Tiraspol”la qarşılaşmaqdansa, “Xəzər-Lənkəran”la oynamaq daha yaxşıdır”
16.07.2008 - 18:29
Frantişek Jmuda: “Tiraspol”la qarşılaşmaqdansa, “Xəzər-Lənkəran”la oynamaq daha yaxşıdır”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Moldovanın “Tiraspol” klubu ilə qarşılaşmaqdansa, “Xəzər-Lənkəran”la oynamaq daha yaxşıdır. Çünki moldovalılar iki il əvvəl bizi İntertoto kubokundan kənarlaşdırmışdılar”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun baş məşqçisi Frantişek Jmuda deyib. UEFA kubokunda “Xəzər-Lənkəran”ın rəqibi olan Poznan təmsilçisinin çalışdırıcısı Azərbaycanda çıxış edən futbolçunu transfer etməyəcəklərini bildirib: “Xəzər-Lənkəran”ın heyətində kifayət qədər legioner var. Rəqibimizin oyunu da əsasən onların üzərində qurulub. “Xəzər-Lənkəran” əzmkar keyfiyyətlərinə malikdir və bu komandanın oyunçuları meydanda aqressivdir. Üç il əvvəl “Karvan”la oyundan sonra seneqallı Pape Samba Banı, ötən il isə “MKT-Araz”la qarşılaşan “Qrotslin” Saşa Yunisoğlunu transfer etmişdi. İnanmıram ki, yenəcəyimiz rəqibin oyunçusunu Polşaya gətirək. Bu komandanın oyununu Avstriyada izləmişəm. Yəqn ki, “Xəzər-Lənkəran” da belə imkandan yararlanıb”.
0