“Vaslui” Bakıya gətirəcəyi heyəti açıqlayıb
17.07.2008 - 10:39
“Vaslui” Bakıya gətirəcəyi heyəti açıqlayıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun İntertoto kubokunda rəqibi olan “Vaslui” 2008/09 mövsümü üçün heyətini müəyyənləşdirib. “APA-Sport” agentliyinin məlumatına görə, Rumıniya təmsilçisinin baş məşqçi Viorel Hizo İntertoto kuboku və daxili yarışlarda 22 futbolçuya güvənəcək. Komanda mövsümü 2 qapıçı, 7 müdafiəçi, 6 yarımmüdafiəçi və 7 hücumçu ilə keçirmək niyyətindədir. Hücumçular Lusiyan Burduyan, Nemanja Yovanoviç, yarımmüdafiəçilər Marian Aliuta, Stanislav Gençev, müdafiəçilər Daniel Muntyanu, Qabriel Kinu, Neven Markoviç və qapıçı Duşan Kusyakı bu yay transfer edən baş məşqçi V.Hizo yeni oyunçuların təqdimat mərasimində bu futbolçuların təcrübəsinə etibar etdiyini bildirib: “Bu futbolçuları ustalığına görə deyil, komandamızın ehtiyacına uyğun seçmişik. Bizə xarakterə malik olan və təcrübəli futbolçular lazım idi. Belə oyunçuları da transfer etdik. Bakıda bizi gözləyən “Neftçi”dən qorxmamalıyıq. UEFA kubokuna yüksəlmək üçün yeni transferlərimizin təcrübəsi köməyimizə gələcək”.

Qapıçılar: Duşan Kusyak, Kristian Haisan.

Müdafiəçilər: Daniel Muntyanu, Qabriel Kinu, Neven Markoviç, Boqdan Panait, Silviu Balase, Dorian Andronik, Bogdan Buhuş.

Yarımmüdafiəçilər: Adrian Georgiu, Marko Lyubinkoviç, Denis Zmeu, Petar Yovanoviç, Marian Aliuţa, Stanislav Gençev.

Hücumçular: Nemanja Yovanoviç, Lusian Burduyan, Marius Matey, Milorad Bukviç, Mayk Temvanyera, Vasile Buhaesku, Razvan Neaqu.
0