Samuel Eto’O Daşkəndə “Kuruvçi” ilə danışıqlara gəlib - FOTO
17.07.2008 - 10:53
Samuel Eto’O Daşkəndə “Kuruvçi” ilə danışıqlara gəlib - FOTO
Daşkənd. Mehman Süleymanov - APA-Sport. İspaniyanın “Barselona” klubunun hücumçusu Samuel Eto’O Özbəkistana yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, 27 yaşlı futbolçunu Daşkənd hava limanında çoxsaylı azarkeşlər və jurnalistlər qarşılayıb. Mətbuatla ünsiyyət qurmaqdan imtina edən kamerunlu birbaşa beşulduzlu “İnterkontinental Daşkənd” otelinə gedib. Onun Özbəkistan Futbol Federasiyasının ofisinə baş çəkməsi, qurumun baş katibi Sərdar Rəhmətullayevlə görüşü nəzərdə tutulub. S.Eto’Onun qaldığı oteldə günorta keçirəcəyi mətbuat konfransından sonra axşam MOİK stadionunda azarkeşlər üçün nümunəvi çıxışı olacaq. Daşkəndin “Kuruvçi” klubunun maraq dairəsində olan S.Eto’O danışıqlar apardıqdan sonra Barselonaya qayıdacaq. Kamerunlu müqavilə ilə məxsus olduğu hazırkı komandasıyla görüşündə gedişi barədə detalları müzakirə edəcək. “Kuruvçi” Asiyanın Çempionlar Liqasında uğurlu çıxış etməyi qarşısına məqsəd qoyub və bu işdə “Barselona”nın hücumçusuna böyük ümid bəsləyir. “Kuruvçi” Kamerun yığmasının liderlərindən olan dünya şöhrətli hücumçu üçün 40 milyon avro ödəməyə hazırdır.





0