Azərbaycan milli komandası Ukrayna ilə yoldaşlıq görüşü keçirəcək
17.07.2008 - 10:54
Azərbaycan milli komandası Ukrayna ilə yoldaşlıq görüşü keçirəcək
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan və Ukraynanın çimərlik futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Çimərlik Futbolu Federasiyasının baş katibi Ceyhun Xəlilbəyli məlumat verib. Federasiya rəsmisi bildirib ki, Ukrayna tərəfi yoxlama oyununda iştiraka razılıq versə də, qarşılaşmanın keçiriləcəyi konkret tarix və məkan hələlik dəqiqləşməyib. Yoldaşlıq matçının avqustun əvvəllərində Odessa və ya Sevastopol şəhərində təşkil olunması nəzərdə tutulub. Ukrayna ilə oyun milli komandamızın tarixində 3-cü yoldaşlıq görüşü olacaq. İndiyədək futbolçularımız yalnız Birləşmiş Ərəb Əmirlikləri yığması ilə iki matçda üz-üzə gəliblər və hər ikisində uduzublar (2:3; 3:4).
0