Lusian Burduyan: “Neftçi” ilə qarşılaşmalı olduğumuza görə təəssüflənirəm”
17.07.2008 - 10:59
Lusian Burduyan: “Neftçi” ilə qarşılaşmalı olduğumuza görə təəssüflənirəm”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Neftçi” ilə qarşılaşmalı olduğumuza görə təəssüflənirəm. Hər halda, Belçikanın “Jerminal” klubu ilə görüşsəydik, bizim üçün daha yaxşı olardı. Axı bakılılarla müqayisədə bu komandanı yenmək daha asandır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rumıniyanın “Vaslui” klubunun hücumçusu Lusian Burduyan deyib. 24 yaşlı futbolçu İntertoto kubokunun üçüncü mərhələsindəki rəqib olan “Neftçi” komandasından çəkindiyini etiraf edib: “Neftçi” çox güclü komandadır. Bunu onların İntertoto kubokunda iki mərhələ keçməsi də təsdiqləyir. Azərbaycan təmsilçisi keçirdiyi 4 oyunun heç birini qol vurmadan tərk etməyib. Hər il avrokuboklarda çıxış edən rəqiblə qarşılaşmaq çox çətin olacaq”.
0