Robert Levandovski: “Bakıda günəş adamı yandırır”
17.07.2008 - 13:37
Robert Levandovski: “Bakıda günəş adamı yandırır”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bakıda çox isti və bürküdür. Bir dənə də bulud görünmür. Günəş adamı yandırır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun hücumçusu Robert Levandovski deyib. Bu gün UEFA kubokunun birinci təsnifat mərhələsində “Xəzər-Lənkəran”la qarşılaşacaq Poznan təmsilçisinin yeni transferi havanın onlara problem yaradacağından qorxur: “Ümid edirəm ki, axşam hər şey qaydasına düşəcək. Dünənki məşq vaxtı belə olması məni ümidləndirir. İstənilən halda, belə havada oyuna qədər istirahət etməliyik. Bəziləri matçadək yatmağı, digərləri musiqiyə qulaq asmağı xoşlayır. Mən isə hər ikisini edirəm”.
0