“Vaslui” - “Neftçi” görüşünü avstriyalı hakimlər idarə edəcək
17.07.2008 - 14:03
“Vaslui” - “Neftçi” görüşünü avstriyalı hakimlər idarə edəcək
Ona FİFA hakim-köməkçiləri Torsten Obvurtserlə Dominik Ouşan kömək edəcək. Görüşün UEFA nümayəndəsi estoniyalı Aynar Leppanen, hakim-inspektoru irlandiyalı Alan Snoddi təyin olunub.
Maraqlıdır ki, A.Snoddi son bir ayda ikinci dəfə “Neftçi”nin İntertoto kubokunda oyununa təyinat alıb. Vaxtilə milli komandamızın oyunlarını idarə etmiş irlandiyalı iyunun 21-də Slovakiyanın “Nitra” klubunu Bakıda 2:0 hesabı ilə məğlub etdiyimiz görüşdə Marçin Borskinin başçılıq etdiyi polşalı hakimlər briqadasının işinə qiymət vermişdi.
Qeyd edək ki, şənbə günü baş tutacaq “Neftçi” - “Vaslui” qarşılaşmasını rusiyalı İqor Yeqorov idarə edəcək.
0