Ruslan Zeynalov: “Daha yüksək səviyyəli çempionatda çıxış etmək istəyirəm”
17.07.2008 - 15:59
Ruslan Zeynalov: “Daha yüksək səviyyəli çempionatda çıxış etmək istəyirəm”
Molodyojnoye. Mehman Süleymanov - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Ruslan Zeynalov klubunu dəyişir. 26 yaşlı yarımmüdafiəçi “APA-Sport” agentliyinə açıqlamasında son yarım ildə şərəfini qoruduğu Ukraynanın “Krımteplitse” klubunu tərk etmək fikrində olduğu söyləyib: “Müqaviləmin dekabrda başa çatmasına baxmayaraq, bu komandada qalmaq niyyətində deyiləm”. R.Zeynalov bildirib ki, artıq Molodyojnoye təmsilçisinin mübarizə apardığı birinci divizionda oynamaq istəmir: “Daha yüksək səviyyəli çempionatda çıxış etmək fikrindəyəm. Buna görə də komandamı dəyişməyi qərara almışam. Bir neçə variant var və onları nəzərdən keçirirəm. Sadəcə, “Krımteplitse” ilə müqaviləm başa çatmadığından, komandaların adlarını açıqlamağı məqsədəuyğun saymıram”.
Qeyd edək ki, milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts R.Zeynalovu Bosniya və Herseqovina və Andorra yığmaları ilə yoldaşlıq görüşlərinə dəvət etsə də, onu meydana buraxmayıb.
0