Peter Rada Çexiya milli komandasının baş məşqçisi təyin olunub
17.07.2008 - 16:37
Peter Rada Çexiya milli komandasının baş məşqçisi təyin olunub
Praqa. Vüqar Xeyrullayev - APA-Sport. Peter Rada Çexiya milli komandasının baş məşqçisi təyin olunub. “APA-Sport” agentliyinin məlumatına görə, P.Rada Avstriya və İsveçrədə keçirilən Avropa çempionatında uğursuz çıxışdan sonra baş məşqçi vəzifəsindən istefa verən Karel Brukneri əvəzləyib. 1995-ci ildə futbolçu karyerasını bitirən P.Rada 2004-2007-ci illərdə “Yablonets”, ötən mövsüm isə “Teplitse” klubunu çalışdırıb. O, futbolçu karyerası ərzində “Dukla” (1979-88), “Fortuna” (Almaniya, 1988-90, 1993-95), “Rot Vays” (Almaniya, 1990-91), “Reqensburq” (Almaniya, 1991-92) klublarında da çıxış edib.
0