Azərbaycan milli komandasının futbolçuları əsgərliyə gedirlər
17.07.2008 - 17:32
Azərbaycan milli komandasının futbolçuları əsgərliyə gedirlər
Onlar Vətənə qayıtdıqdan sonra hərbi hissəyə yollanacaqlar. Hər 4 futbolçu andiçmə mərasiminədək hərbi hissədə qalacaq və avqustun ikinci yarısında Mərkəzi Ordu İdman Klubuna (MOİK) ezam olunacaq. Bu oyunçular Premyer Liqanın növbəti mövsümündə məhz MOİK-in şərəfini qoruyacaqlar. Əsgərliyə gedəcəyi gündəmdə olan milli komandamızın sabiq kapitanı, “Qarabağ”ın müdafiəçisi Aslan Kərimovun da məsələsi həllini tapıb. Bu il yanvarın 1-də 35 yaşını tamamlayan futbolçu hərbi xidmət üçün tətbiq edilən yaş limitini ötüb.
Qeyd edək ki, ölkəmizdə həqiqi hərbi xidmətə çağırış dövrü 18-35 yaş arasındadır.
0