Əsgər Abdullayev yeni komanda yaratmaq istəyir
18.07.2008 - 10:20
Əsgər Abdullayev yeni komanda yaratmaq istəyir
Məğlubiyyəti rəqibin daha güclü olması ilə əlaqələndirən paytaxt təmsilçisinin çalışdırıcısı bildirib ki, rəhbərlik etdiyi komanda iki həftə sonra Bakıda keçiriləcək cavab matçında qələbə üçün oynayacaq: “Bizdə ötən mövsüm bitən kimi ciddi dəyişikliklər baş verdi. Heyəti 14 futbolçu tərk edib. Yeni komanda yaratmaq məcburiyyətindəyik. Ən ciddi problemimiz hücum xəttindədir. Serbiyalılar isə əksinə, hücumda çox güclü oyun göstərdilər. Bu hücumların qarşısını almaqda çox çətinlik çəkirdik. Xüsusilə, cinahlardan təşkil olunan həmlələr təhlükəli olurdu. Qapımız qarşısında kifayət qədər təhlükə yaranmışdı. Bu gün xidmətindən yararlana bilmədiyim iki futbolçu cavab qarşılaşmasında meydana çıxa biləcək. İnanıram ki, Bakıdakı oyunda daha yaxşı futbol göstərəcəyik”.
Qeyd edək ki, “Olimpik”lə “Voyvodina” arasında cavab oyunu iyulun 31-də Bakıda keçiriləcək.
0