Frantişek Jmuda: “Xəzər-Lənkəran”ı cavab oyununda da məğlub etməliyik”
18.07.2008 - 10:20
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Cavab oyununda da qələbə qazanmalıyıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun baş məşqçisi Frantişek Jmuda deyib. UEFA kubokunun birinci təsnifat mərhələsində Bakıda “Xəzər-Lənkəran”a qalib (1:0) gələn Poznan təmsilçisinin çalışdırıcısı ilk oyundakı qələbə ilə kifayətlənməyəcəklərini bildirib: “Komandalar bir-biri ilə ilk dəfə idi qarşılaşırdılar. Oyunun gedişi göstərdi ki, hər iki komanda bu matça çox yaxşı hazırlaşıb. İkinci görüşdə bu hazırlıq daha yüksək olacaq. Bu qələbədən eyforiyaya qapılmayacağıq. Hesab bizi qane etsə də, ikinci qarşılaşmada da güclü olduğumuzu sübut edəcəyik”.
Qeyd edək ki, “Lex”lə “Xəzər-Lənkəran” arasında cavab oyunu iyulun 31-də Poznanda keçiriləcək.
Qeyd edək ki, “Lex”lə “Xəzər-Lənkəran” arasında cavab oyunu iyulun 31-də Poznanda keçiriləcək.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0