“Neftçi” klubunun sabiq baş məşqçisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
18.07.2008 - 12:23
“Neftçi” klubunun sabiq baş məşqçisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
V.Petrjela Ulyanovsk şəhərində yerli “Volqa” klubu ilə danışıqlardan qayıtdıqdan sonra həkimlərə müraciət etməli olub: “Rusiyadan qayıtdıqdan sonra özümü çox hiss etdim. Yatağa düşdüm, hər yerim ağrıyırdı. Həkimlər hələlik sağlıq durum haqda heç nə demir. Ancaq özümü dəhşətli dərəcədə pis hiss edirəm. Hazırda sistem altında uzanmışam”. Çexiyalı məşqçi ailəsi ilə ünsiyyət qura bilmədiyinə görə də narahatdır: “Ən pisi odur ki, uşaqlarımın heç biri ilə xəstəxanaya yanıma gəlmələrini demək üçün əlaqə saxlaya bilmirəm. Qızım Tunisdədir, oğlum isə Sinqapurdan qayıdıb. Ona ad günümü bir yerdə qeyd edəcəyimi söz vermişdim, ancaq indi onunla danışa bilməmişəm. Heç kim – nə ilk arvadım, nə də Zuzanna burda olduğumu bilir. Mənə çexiyalı jurnalistlər zəng etməyə başlasalar da, heç kimlə danışmaq istəmirəm”.
Qeyd edək ki, V.Petrjela ötən mövsüm beş ay “Neftçi”nin sükanı arxasında olub.








0