Viorel Hizo: “Mən “Neftçi” klubundan qorxmuram”
18.07.2008 - 15:15
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Mən “Neftçi”dən qorxmuram”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rumıniyanın “Vaslui” klubunun baş məşqçisi Viorel Hizo deyib. İntertoto kubokunun üçüncü mərhələsində Bakının “Neftçi” komandasıyla qarşılaşacaq vasluililərin çalışdırıcısı sabah keçirilən oyun ərəfəsində ehtiyatlı danışıb: “Buna baxmayaraq, çox ehtiyatlı olmalıyıq. Bizim cütdə kimin favorit olduğunu söyləmək olmaz. Rəqibimizin qitə kuboklarında böyük təcrübəsi var. Üstəlik, 9 ildir öz meydanında uduzmayan komandadır. Biz isə “Neftçi”nin məğlub olmadığı həmin stadionda debüt edəcəyik. Təbii ki, debüt mövsümündə heç olmasa, UEFA kubokuna vəsiqə qazanmaq yaxşı olardı”.
Qeyd edək ki, “Neftçi” “Vaslui” matçı sabah saat 21:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” “Vaslui” matçı sabah saat 21:00-da başlayacaq.
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
- "Arsenal"da yeni qapıçı - RƏSMİ
- "Turan Tovuz"dan ayrıldı, Rusiyaya qayıtdı - Samokun yeni klubu bəlli oldu
0
0