“Vaslui” 262 gündür səfərdə qələbə qazana bilmir
18.07.2008 - 15:56
“Vaslui” 262 gündür səfərdə qələbə qazana bilmir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun İntertoto kubokunda rəqibi olan Rumıniyanın “Vaslui” komandası uğursuz seriyaya malikdir. “APA-Sport” agentliyinin məlumatına görə, sabah Bakıdakı matça çıxacaq vasluililər 9 aydır rəqib meydanında qələbə qazanmır. Son dəfə ötən il oktyabrın 31-də “Unirea”nı səfərdə məğlub edən “Vaslui” ardıcıl 10 görüşdür meydan sahiblərini məyus edə bilmir. 262 günlük səfər sindromu yaşayan rəqibimiz son üç qarşılaşmada ümumiyyətlə xal da qazana bilməyib. Rəqib meydanındakı son iki görüşdə isə qollar yalnız “Vaslui”nin qapısına vurulub. Ümumilikdə isə “Neftçi”nin rəqibi səfərdə keçirdiyi son 18 matçda cəmi 16 xal qazanıb.
Qeyd edək ki, “Vaslui” avrokuboklarda ilk matçına “Neftçi”yə qarşı keçirəcək.
0