Slavomir Peçko: “Heç də yaxşı olmayan meydanda oynayırdıq”
18.07.2008 - 16:14
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran”la o qədər də yaxşı olmayan meydanda qarşılaşırdıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun futbolçusu Slavomir Peçko deyib. UEFA kubokunda “Xəzər-Lənkəran”a qalib gələn Poznan təmsilçisinin yarımmüdafiəçisi hesabın minimal olmasından da narazı qalıb: “Üstəlik, isti və bürkü də bir yandan bizə çətinlik yaradırdı. Meydan sahiblərini çox aqressiv oyunu fonunda biz tempi stabil olaraq artırdıq. Nəticədə mənim, Ernan Renqifonun qol imkanları oldu ki, bu vəziyyətləri boşa verdik”.
- “Trabzonspor” Riçarlison üçün hərəkətə keçdi – “Tottenhem”in istədiyi məbləğ açıqlandı
- PSJ-yə rədd cavabı verdi – “Benfika”da qalacaq
- “Qalatasaray”a Leaodan pis xəbər: Mövsümün ilk yarısını başa vurdu
- Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama
- “Şaxtyor” ev oyunlarını Türkiyədə keçirə bilər – Arda Turan amili
0
0