Azərbaycan yığmasının yer aldığı qrupun təqvimi bəlli olub
19.07.2008 - 12:22
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının (U-17) Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, almaniyalı mütəxəssis Bernard Lippertin çalışdırdığı komandamız ilk görüşünü sentyabrın 22-də Bolqarıstana qarşı keçirəcək. U-17 sentyabrın 24-də Çernoqoriya, üç gün sonra Polşa ilə görüşəcək. Yığmamızın yer aldığı 8-ci qrupda oyunlar Polşada keçiriləcək.
Qeyd edək ki, qrup qalibləri birbaşa növbəti mərhələyə vəsiqə qazanır.
Qeyd edək ki, qrup qalibləri birbaşa növbəti mərhələyə vəsiqə qazanır.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq
0
0