Azərbaycan futbol yığması Türkiyədə həvəskar komandanı darmadağın edib
22.07.2008 - 09:22
Azərbaycan futbol yığması Türkiyədə həvəskar komandanı darmadağın edib
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası (U-19) Türkiyədəki hazırlıq prosesində ilk qələbəsini qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi yığmamız Türkiyənin həvəskar liqasının çempionu olan “Cankurtaran” komandasını böyük hesabla məğlub edib – 4:0. Komandamızdan qolları Emin Mustafayev, Elhad Əhmədov, Orxan Əhmədov və Eşqin Quliyev vurub. U-19 Türkiyədə ilk yoxlama oyununda “Qalatasaray” klubunun 19 yaşlılardan ibarət komandası ilə 1:1 hesablı heç-heçə etdikdən sonra Yəmən yığması ilə görüşməyi planlaşdırmışdı. Ancaq yəmənlilər bizimlə oynamaqdan imtina etdikdən sonra Y.Vahabzadənin komandası həvəskarla qüvvəsini sınamağa məcbur olub.
Qeyd edək ki, yığmamız sabah “Fənərbaxça” klubunun 19 yaşlılardan ibarət komandası ilə görüşəcək.
0