Berti Foqts AFFA rəhbərliyinə hesabat verəcək
22.07.2008 - 11:50
Berti Foqts AFFA rəhbərliyinə hesabat verəcək
B.Foqts bu gün Skopyedə Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Rabotniçki” – “İnter” görüşünü izləyəcək. E.Məmmədovun sözlərinə görə, milli komandamızın çalışdırıcısının həftəsonu Rumıniyaya, növbəti həftə Polşaya səfəri gözlənilir. B.Foqts “Neftçi”nin İntertoto kubokunun üçüncü təsnifat mərhələsində Vaslui şəhərinin eyniadlı təmsilçisi ilə iyulun 26-da, bundan 5 gün sonra “Xəzər-Lənkəran”ın UEFA kuboku çərçivəsində Poznanda “Lex”lə cavab görüşünü də izləməyi planlaşdırıb. Baş katib almaniyalı mütəxəssisin klublarımızın avrokuboklarda ev oyunlarını izləməməyinə belə izah verib: “Foqts komandalarımızın öz meydanında keçirdiyi oyunları görüb. Ona futbolçularımızın beynəlxalq miqyasda nəyə qadir olması maraqlıdır. Elə buna görə də milli komandamızın almaniyalı baş məşqçisi klublarımızın rəqib meydanındakı görüşlərini izləməyi daha məqsədəuyğun sayıb. Foqts səfər matçlarımız haqda, habelə Avropa çempionatının final mərhələsinin izlədiyi rəqiblərimiz haqda hesabat hazırlayır və geri qayıdandan sonra bu haqda AFFA rəhbərliyinə məruzə edəcək”.
B.Foqts iyunun 4-də Andorra ilə səfərdə keçirilən yoldaşlıq görüşündən sonra Avropa çempionatını izləmək üçün İsveçrə və Avstriyada olub. O, 2010-cu il dünya çempionatının seçmə mərhələsində qrupumuzda rəqiblərdən olan Almaniya və Rusiya yığmalarının görüşlərini izləyib.
0