Ruslan Zeynalov yeni mövsümün ilk oyununda 33 dəqiqə oynadı
22.07.2008 - 13:56
Ruslan Zeynalov yeni mövsümün ilk oyununda 33 dəqiqə oynadı
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının futbolçusu Ruslan Zeynalov Ukraynanın “Krımteplitsa” klubunun heyətində növbəti matçını keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, 26 yaşlı yarımmüdafiəçinin komandası yeni mövsümə qələbə ilə başlayıb. Ukrayna çempionatının birinci dəstəsində keçirilən ilk turda “Volın”la qarşılaşan “Krımteplitsa” 2:0 hesabı ilə səfər qələbəsi qazanıb. 57-ci dəqiqədə komanda yoldaşını əvəzləyən R.Zeynalov 33 dəqiqə meydanda olub. Yarımmüdafiəçinin komandası ikinci turda da rəqib meydanında çıxış edəcək. “Krımteplitsa” iyulun 27-də Luqanskda mövsümə məğlubiyyətlə başlayan yerli “Kommunalnik”lə görüşəcək.
0