Azərbaycan çimərlik futbolu yığması Belarusla qarşılaşacaq
22.07.2008 - 15:49
Azərbaycan çimərlik futbolu yığması Belarusla qarşılaşacaq
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın çimərlik futbolu üzrə milli komandası Belarusla yoldaşlıq görüşü keçirəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Azərbaycan Çimərlik Futbolu Federasiyasının baş katibi Ceyhun Xəlilbəylinin sözlərinə görə, yoldaşlıq matçları avqustun 4-də və 5-də Minsk şəhərində olacaq. C.Xəlilbəyli bildirib ki, yığmamız Belarusla oyunlardan sonra daha bir yoxlama görüşü keçirəcək. Futbolçularımızın avqustun ilk yarısında ukraynalı həmkarları ilə qarşılaşmaları nəzərdə tutulub.
Qeyd edək ki, indiyədək milli komandamız yalnız Birləşmiş Ərəb Əmirlikləri ilə iki yoldaşlıq matçında qüvvəsini sınayıb. Dubay şəhərində baş tutan hər iki oyunda yığmamız məğlubiyyətlə üzləşib (2:3; 3:4).
0