Mahir Məmmədov Sahə Futbol Federasiyalarının prezidenti seçilib
22.07.2008 - 15:50
Mahir Məmmədov Sahə Futbol Federasiyalarının prezidenti seçilib
Bakı. Mehman Süleymanov – APA-Sport. Bu gün AFFA-nın inzibati binasında Sahə Futbol Federasiyalarının (SFF) təsis konfransı keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, assosiasiyanın yeni Nizamnaməsinə uyğun olaraq təsis edilən qurumun yeni prezidenti yekdilliklə Mahir Məmmədov seçilib. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti olan bu şəxs AFFA-nın İcraiyyə Komitəsinin yeni üzvlərindəndir.
0