İspaniyalı futbolçular tətil etməyə hazırlaşırlar
22.07.2008 - 17:25
İspaniyalı futbolçular tətil etməyə hazırlaşırlar
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İspaniya klubları futbolçularının əmək haqlarını ödəyə bilmir. “APA-Sport” agentliyinin məlumatına görə, birinci və ikinci dəstədə çıxış edən komandalar oyunçularına üst-üstə 38 milyon avro borcludur. Ötən il 17 milyon olan bu rəqəmin belə artması İspaniya çempionatının keçirilməsində problem yarada bilər. Belə ki, futbolçular iyulun 31-dək borcların ödənməyəcəyi halda, tətilə başlamaq istəyirlər. Təxminən 250 futbolçu komandasından alacağı pulu gözləyir ki, bu mənada ən acınacaqlı vəziyyət “Levante” klubundadır. İspaniya futbolundakı böhran çempionatın nəhəngləri “Real” və “Barselona”dan yan keçib.
0