Boban Babunski: “Bizimlə müqayisədə növbəti mərhələyə çıxmağa “İnter” layiq idi”
23.07.2008 - 14:54
Boban Babunski: “Bizimlə müqayisədə növbəti mərhələyə çıxmağa “İnter” layiq idi”
Çempionlar Liqasının birinci təsnifat mərhələsində Azərbaycan təmsilçisi “İnter”ə iki oyunun nəticəsində uduzan makedoniyalıların 40 yaşlı çalışdırıcısı bakılıların yox, yetirmələrinin həlledici rol oynadığını bildirib: “Rəqibin ikinci təsnifat mərhələsinə çıxması ən ədalətli nəticə idi. Bu səbəbdən “İnter”i təbrik edirəm. Azərbaycan təmsilçisi daha səviyyəli komandadır və ustalığı ilə seçilən oyunçulara malikdir. İlk oyunda da “İnter” daha yaxşı oynayan tərəf idi. Lakin tələskənlik onlara qol vurmağa imkan vermirdi. Nəticə vacib olan anda isə toparlanıb oyunun taleyini həll etmək bacarığı “İnter”in xeyrinə oldu. Bütün bunlar isə bizim komandanın ustalıq səviyyəsinin yoxluğundan bəhrələnirdi”.
0