“Arsenal” klubunun sabiq futbolçusu karyerasını Azərbaycanda davam etdirəcək
23.07.2008 - 17:39
“Arsenal” klubunun sabiq futbolçusu karyerasını Azərbaycanda davam etdirəcək
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Zaqatalanın “Simurq” klubu Gürcüstan çempionu olmuş futbolçunu baxışa dəvət edib. “APA-Sport” agentliyinin məlumatına görə, yeddi il əvvəl Kutaisi “Torpedo”sunun heyətində Gürcüstan çempionu olan Revaz Kvernadze bu gün Roman Pokoranın sərəncamına gəlib. Baxışdan keçəcək gürcüstanlı futbolçu karyerası əvvəllər vətənində “Kobuleti” və “Kolxeti-1913”, Ukraynada “Arsenal”, Rusiyada “Torpedo” (Moskva) klublarında çıxış edib. Ötən mövsüm “Zestafoni”də çıxış edən 27 yaşlı hücumçu Gürcüstan milli komandasında da çıxış edib. Üç gün əvvəl istirahətə buraxılan futbolçular çempionata hazırlığın üçüncü mərhələsinə bu gün Zaqatala Olimpiya İdman Kompleksində başlayıb. Məşqlərdə R.Kvernadze ilə yanaşı, baxışda olan digər 4 futbolçu - Konstantin Platonov, Sergey Artyuk, Sergey Yepuryanu və İrakli Dolidze də iştirak edir.
0