Berti Foqts Azərbaycan milli komandasının heyətini açıqlayıb
24.07.2008 - 11:01
Berti Foqts Azərbaycan milli komandasının heyətini açıqlayıb
Almaniyalı mütəxəssis Bosniya və Herseqovina və Andorra yığmaları ilə yoldaşlıq görüşləri ilə müqayisədə heyətə çağırmadığı futbolçular müdafiəçilər Elnur Allahverdiyev (“Neftçi”), Ruslan Əmircanov (“Standard”), yarımmüdafiəçilər Cəmşid Məhərrəmov (“Bakı”), İlqar Qurbanov (“Sivasspor”, Türkiyə) və Ruslan Zeynalovdur (“Krımteplitse”, Ukrayna). B.Foqts bu futbolçulardan R.Əmircanovla İ.Qurbanovu hərəyə bir oyunda, ikinci hissədə meydana buraxmışdı. B.Foqts zədəsini sağaldan bir sıra futbolçuları yığmaya qaytarıb. Bunlar Emin Quliyev, Samir Abbasov və Zaur Tağızadədir. Bu dəfə 4 qapıçını hazırlığa cəlb edən millimizin çalışdırıcısı Kamran Ağayevi də heyətə cəlb edib.

Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Rauf Mehdiyev (“Olimpik”), Anar Nəzirov (“Neftçi”), Kamran Ağayev (“Xəzər-Lənkəran”).

Müdafiəçilər: Emin Quliyev, Mahir Şükürov (hər ikisi “Xəzər-Lənkəran”) Rəşad Sadıqov, Rail Məlikov (hər ikisi “Neftçi”), Usim Nduka (“Olimpik”), Elvin Əliyev (“Bakı”), Samir Abbasov (“İnter”), Saşa Yunisoğlu (“Qrotslin”, Polşa), Nodar Məmmədov (“Qarabağ”).

Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov, Zaur Tağızadə (“Neftçi”), Elmar Baxşıyev (“Xəzər-Lənkəran”), Cavid Hüseynov, Mahmud Qurbanov (hər ikisi “İnter”), Zeynal Zeynalov (klubsuz), Fabio Luis Ramim (“Bakı”).

Hücumçular: Xaqani Məmmədov (“İnter”), Branimir Subaşiç (“Srvena Zvezda”, Serbiya), Vaqif Cavadov (“Qarabağ”), Zaur Ramazanov (“Xəzər-Lənkəran”).
0