“Vaslui” “Neftçi” ilə oyunun Azərbaycanda canlı yayımlanması üçün 50 min avro istəyir - YENİLƏNİB
24.07.2008 - 15:00
“Vaslui” “Neftçi” ilə oyunun Azərbaycanda canlı yayımlanması üçün 50 min avro istəyir - YENİLƏNİB
Belə ki, az öncə “Xəzər” TV oyunun yayımı ilə bağlı Rumıniyanın İctimai kanalı TVR-lə müqavilə bağlayıb. Bu anlaşmaya əsasən, həmin telekanal yayım üçün 7 min avro istəmişdi. Ancaq daha sonra oyunun yayım hüququnun “Vaslui” klubunda olduğu bildirilib. Bu klubla danışıqları davam etdirən “Xəzər” TV sürpriz və fantastik qiymətlə qarşılaşıb. Belə ki, “Neftçi”nin rəqibi oyunun Azərbaycanda yayımlanması üçün nə az, nə çox - 50 min avro tələb edib. Bu rəqəm isə İntertoto kuboku oyunları üçün çox bahadır. “Vaslui” klubunun prezidenti Çiprian Damian məbləğlər arasında kəskin fərqi belə izah edib: “Bu, bizim tələbimizdir. Rəqəmlərin fərqli olması isə artıq bizim problemimiz deyil”.
Qeyd edək ki, Az.TV “Munisipial Vaslui” stadionunda keçiriləcək oyunu canlı yayımlamaqla bağlı rumıniyalılarla danışıqlar aparır.


0