“Neftçi”nin rəqibi 7:1 hesablı qələbə qazanıb
24.07.2008 - 17:49
“Neftçi”nin rəqibi 7:1 hesablı qələbə qazanıb
Vaslui. Mehman Süleymanov - APA-Sport. Rumıniyanın “Vaslui” klubu İntertoto kubokunun üçüncü mərhələsindəki rəqibi olan “Neftçi” ilə cavab görüşü öncəsi yoxlama oyunu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, Vaslui şəhərinin eyni adlı təmsilçisi Rumıniyanın birinci liqasında çıxış edən “Barlad” klubunu darmadağın edib – 7:1. Rəqibimizin baş məşqçisi Viorel Hizo sınaq matçında start heyətində Bakıda şans verdiyi futbolçuların əksərini meydana buraxıb.
0