Rəşad Sadıqov: “Belə bir şansdan maksimum yararlanmalıyıq”
25.07.2008 - 15:56
Rəşad Sadıqov: “Belə bir şansdan maksimum yararlanmalıyıq”
UEFA kubokunun bir addımlığında olan komandamızın müdafiəçisini Rumıniyanın “Vaslui” klubu ilə cavab oyunu öncəsi itkilər qayğılandırır: “Rəşad Sadiqov, Aleksandr Çertoqanov və Vladimir Olefirin yoxluğu işimizi çətinləşdirir. Yaxşı ki, Rail Məlikovun cəzası başa çatıb və Rumıniyada komandaya kömək edə biləcək. İndi elə vəziyyət yaranıb ki, hətta əsas heyəti qurmaqla bağlı çətinlik var. Ancaq nə etmək olar, cəza və zədə kimi problemlərdən sığortalanmaq olmur. İtkilər bizi ruhdan salmır. Əksinə, yenə mübariz əhval-ruhiyyədəyik. İstəyimizə çatmaq üçün sonadək vuruşacağıq”. Şansları bərabər hesab edən 26 yaşlı futbolçu Rumıniyadan yaxşı nəticə ilə dönə biləcəklərinə inanır: “Vaslui” yaxşı komandadır. Rəqib Bakıda asanlıqla məğlub olmadı. Aydın məsələdir ki, Rumıniyada itkilərlə yanaşı, yerli azarkeşlərin dəstəyi də “Vaslui”nin xeyrinə olacaq. Bununla belə, səfərdə bizə lazım olan nəticəni qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Belə bir şans hər dəfə ələ düşmür. Bundan maksimum istifadə etmək fikrindəyik”.
Qeyd edək ki, “Neftçi” cavab görüşü öncəsi minimal hesablı üstünlük qazanıb (2:1).
0