Viorel Hizo: “Neftçi” nəticə qazanmaq üçün dəridən-qabıqdan çıxacaq”
25.07.2008 - 18:00
Bakıda qol imkanlarından istifadə etmədiklərindən gileylənən rumıniyalı mütəxəssis ilk matçda uduzduqlarına (1:2) görə üzülür: “İstənilən halda, “Neftçi”yə məğlubiyyətin əsas günahı özümüzdədir. Bakıda iki asan top buraxdıq. Halbuki, həmin epizodlarda qoldan qaça bilərdik. Bunu dərindən təhlil etmişik. Hesab edirəm ki, “Neftçi” ilə sabahkı oyunda belə səhvlərdən qaça biləcəyik. Komandamızın Azərbaycan klubu ilə cavab görüşünün dəyərini və məsuliyyətini dərk etdiyinə əminəm. Bir çoxları “Neftçi” ilə ev oyununun bizim üçün asan olacağını hesab edir. Biz isə rəqibimizin nəticə qazanmaq üçün dəridən-qabıqdan çıxacağını gözləyirik. “Neftçi” iki oyunun nəticəsinə görə UEFA kubokuna çıxmaq üçün sonadək mübarizə aparacaq”.
0
0