“Karvan” klubu Türkiyənin “Orduspor” komandasını darmadağın edib
26.07.2008 - 12:40
«APA-Sport» agentliyinin məlumatına görə, Azərbaycan təmsilçisi Türkiyə çempionatının aşağı liqasında çıxış edən «Orduspor» komandası ilə qarşılaşıb. Görüş həmyerlilərimizin böyük hesablı qələbəsi ilə başa çatıb – 5:1. Toplardan ikisini hazırda «Karvan»da baxışda olan braziliyalı hücumçu Serjinyo vurub. Qalan qollara isə Süleyman Kamara, Aqil Məmmədov və Vüqar Nadirov imza atıb. Bu, yevlaxlıların dördüncü yoldaşlıq görüşü olub. Əvvəlki qarşılaşmalarda baş məşqçi Yunis Hüseynovun komandası Türkiyənin digər aşağı liqa təmsilçilərindən «Marmaris»i 2:0, «Dənizli Böyük Şəhər Bələdiyyəsi»ni 4:2 hesablı məğlubiyyətə uğradıb, «Kasımpaşa» ilə oyun isə heç-heçə başa çatıb – 1:1.
Qeyd edək ki, Serjinyo ilə yanaşı, hazırda «Karvan»da daha 5 braziliyalı – müdafiəçilər Tiaqo Lino Lenequela və Franside Dos Santos Pereyra, yarımmüdafiəçilər Abilson Ramos Barretto ilə Leonardo Suares Da Kosta və hücumçu Rafael Leonardo Maqalyes baxışdadır.

0
0