“Vaslui”-“Neftçi” oyunu ilə əlaqədar Rumıniyanın hüquq-mühafizə orqanları təhlükəsizlik tədbirlərini gücləndirib
26.07.2008 - 13:14
Bakı. Mehman Süleymanov – APA-Sport. Rumıniyanın hüquq-mühafizə orqanları “Vaslui” ilə “Neftçi” arasında İntertoto kubokunun üçüncü mərhələsinin cavab görüşü ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib. “APA-Sport” agentliyinin məlumatına görə, UEFA kubokuna vəsiqə verən bugünkü oyunu izləmək məqsədilə meydana daha çox azarkeş gələcəyini nəzərə alan təhlükəsizlik orqanları gücləndirilmiş iş rejiminə keçib. Təhlükəsizlik tədbirlərinə Vaslui şəhərinin Milli Şurasının jandarmları cavabdehlik daşıyacaq. Onlara Bakeu jandarm briqadası dəstək olacaq. Azarkeşlər oyuna iki saat qalmış stadiona buraxılacaq.
-[p]
-[p]
0
0