“Neftçi” UEFA kubokuna vəsiqə qazana bilməyib
28.07.2008 - 09:51
“Neftçi” UEFA kubokuna vəsiqə qazana bilməyib
Vaslui. Mehman Süleymanov - APA-Sport. Azərbaycanı İntertoto kubokunda təmsil edən Bakının “Neftçi” klubu turnirin qalibi kimi UEFA kubokuna vəsiqə qazana bilməyib. “APA-Sport” agentliyinin məlumatına görə, tarixində ilk dəfə İntertotoda çıxış edən dördqat Azərbaycan çempionu Rumıniyanın “Vaslui” klubuna cavab görüşündə məğlub olub – 0:2. Meydan sahibləri hələ ilk hissədə 8 dəqiqəyə vurduğu iki qolla oyunun taleyini həll ediblər. 30-cu dəqiqədə Lusian Burduyan, bundan 8 dəqiqə sonra Mike Temuanyera topu komandamızın qapısından keçirib. Flaqman Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi ilk oyunda 2:1 hesabı ilə qalib gəlsə də, bu, ümumi qələbə üçün ilə yetərli olmayıb. Bununla da avrokuboklarda “Neftçi” ilə oyunda debüt edən “Vaslui” ilk cəhdindəcə mərhələ adlayaraq, UEFA kubokunun ikinci təsnifat mərhələsinə yüksəlib.
0