Nihat lotereyada avtomobil udub
28.07.2008 - 10:57
Nihat lotereyada avtomobil udub
Bakı. Mehman Süleymanov - APA-Sport. İspaniyanın “Vilyareal” klubunun baş məşqçisi Manuel Pelleqrini futbolçulara ötən mövsümkü uğurlu çıxışın müqabilində orijinal üsulla minnətdarlıq edib. “APA-Sport” agentliyinin məlumatına görə, 55 yaşlı çilili mütəxəssisin şəxsi təşəbbüsü ilə Primeronun gümüş mükafatını və Çempionlar Liqasının birbaşa qrup mərhələsinə vəsiqə qazanan komandanın oyunçular arasında lotereya keçirilib. Uduşa qoyulan kabriolet avtomobili M.Pelleqrininin öz vəsaiti hesabına alınıb. Xoşbəxt bileti komandanın İspaniyanın Navate şəhərindəki hazırlığına az öncə gələn türkiyəli hücumçu Nihat Kahveçi çıxarıb. 29 yaşlı futbolçu kabrioleti qazandığı üçün sevincini gizlətməyib: “Haradasa mənim də bəxtim gətirməli idi”.
0