Mahmud Qurbanov: “Partizan”la oyunda bəxtimiz gətirmədi”
30.07.2008 - 09:50
Mahmud Qurbanov: “Partizan”la oyunda bəxtimiz gətirmədi”
Bakı. Kənan Həsənov - APA-Sport. “Serbiya çempionu səviyyəli komandadır. Bu səbəbdən oyunun çətin keçəcəyini bilirdik. Layiqli mübarizə apardıq və məğlub olmadıq. Hesabda geri düşsək də, bərabərliyi təmin edib qələbə topunu da vura bilərdik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “İnter” - “Partizan” oyunundan sonra Azərbaycan çempionunun pleymeykeri Mahmud Qurbanov deyib. Təcrübəli futbolçu ilk görüşdə serbiyalıların bəxtinin gətirdiyini qeyd edib: “Hesabda irəli çıxmaq üçün real qol imkanlarımız oldu. Amma bunlardan istifadə edə bilmədik. Sadəcə, bəxtimiz gətirmədi. Cavab görüşündə də eyni oyunu göstərməyə çalışacağıq”.
0