Cavid Hüseynov: “Hamı “Partizan”ı çox tərifləyirdi”
30.07.2008 - 10:09
Cavid Hüseynov: “Hamı “Partizan”ı çox tərifləyirdi”
Bakı. Kənan Həsənov - APA-Sport. Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Partizan”la heç-heçə (1:1) edən “İnter” klubunun hücumçusu Cavid Hüseynov oyundan öncə rəqibdən çəkindiklərini etiraf edib. “APA-Sport” agentliyinin məlumatına görə, 20 yaşlı futbolçu bu haqda görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib: “Birinci hissədə çox zəif çıxış etdik. Bu, həyəcanla bağlı idi. Çünki hamı “Partizan”ı çox tərifləyirdi. Biz də ilk 45 dəqiqədə qorxa-qorxa mübarizə aparırdıq”. C.Hüseynov Serbiyada daha yaxşı oynayaraq mərhələ keçəcəklərinə inandığını vurğulayıb: “İkinci hissədə rəqibdən aşkar üstün oynadıq. Serbləri məğlub edə bilərdik. Amma buna da şükür. Cavab matçında daha yaxşı oynayıb, mərhələ adlamağa çalışacağıq”.
0